Vəkil 21 yaşlı müğənni arvadını qətlə yetirdi - Foto

Vəkil 21 yaşlı müğənni arvadını qətlə yetirdi - Foto
2076 dəfə oxunub
  • A-
  • A
  • A+

Meksikalı 21 yaşlı müğənni İrma Lidiya yapon restoranlarının birində vəkil həyat yoldaşı İsus Hernandez tərəfindən qətlə yetirilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, 79 yaşlı İsus yaxın məsafədən dəfələrlə İrmaya atəş açıb. Müğənni başından aldığı güllə yarasından sonra yerindəcə keçinib.

Cinayəti törətdikdən sonra İsus və cangüdəni qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb. 

Məhkəmə onun həbs olunmasına qərar verib.