“Bozun 50 çaları”nın aktrisası - "Etdiklərimizlə fəxr edirəm"

“Bozun 50 çaları”nın aktrisası - "Etdiklərimizlə fəxr edirəm"
628 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bozun 50 çaları” filmi ilə məşhurlaşan aktrisa Dakota Conson "Vanity Fair" jurnalına müsahibə verib.

Axşam.az xəbər verir ki, aktrisa son zamanla gündəmdən düşməyən qalmaqallı məhkəmə prosesinə - Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı aktrisa Ember Hörd üzərindəki qələbəsinə münasibət bildirib:

"İnsanların məhkəməyə şou kimi baxdığına inana bilmirəm. Bu məhkəmə prosesinə ürəyim parçalandı. Bu, dəlilikdir. İnsanlar qəribədir. İnternet amansız bir yerdir".

O, həyatını dəyişdirən filmin çəkilişlərindən də söz açıb:

"Film üçün qeydiyyatdan keçdim. Gənc idim. 23 yaşım var idi. Qorxuluydu... Müxtəlif fikir ayrılıqları var idi. Heç vaxt bu barədə düz danışa bilməmişəm, çünki siz filmi lazımi şəkildə təbliğ etmək istəyirsiniz. Nəticə olaraq etdiklərimizlə fəxr edirəm, hər şey lazımi şəkildə, amma çətin oldu".

Eyni zamanda, aktrisa çəkilişlərə görə peşman olmadığını qeyd edib. Dakota tərəf müqabili aktyor Ceymi Dornanla mübahisəsi barədə yayılan xəbərləri isə təkzib edib.

O, sonda beş ilə yaxındır görüşdüyü sevgilisi Kris Martinlə münasibətlərinin yaxşı olduğunu əlavə edib.