Zendaya məşhur rəqqasə obrazında - Fotosessiya

Zendaya məşhur rəqqasə obrazında - Fotosessiya
394 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Zendaya (Zendaya Koulman) İtaliyanın “Vogue” jurnalının yeni sayının qəhrəmanı olub.

Axşam.az xəbər verir ki, aktrisa məşhur amerikalı-fransız rəqqasə, 1920-ci illərin sonlarında Foli-Berjer gecə klubunun ulduzu Cozefina Beykerdən ilhamlanaraq fərqli fotosessiyaya çəkilib.

O, bunun üçün rus-alman fotoqrafı Elizaveta Porodinanın obyektivinin qarşısına keçib. Zendayanın stili üzərində isə Lou Rouç işləyib.

Aktrisa kamera qarşısına "Valentino", "The Attico", "Philosophy di Lorenzo Serafini" brenlərinin geyimləri və "Bvlgari"nin zinət əşyaları ilə keçib.