Türkiyənin məşhur cütlüyü Eser və Berfu Yenenlerin pandemiya dövründə hamıdan uzaqlaşmaq üçün yaşadığı meşədə yerləşən ağac evdə yaşananlar təəccüb doğurub.
Axşam.az xəbər verir ki, bu barədə Berfu özü danışıb. O, sözügedən evdə yaşamağın heç də onlara asan başa gəlmədiyini etiraf edib:
"Ev canlı kimi idi, öz-özünə yaşayırdı. Yanğın çıxdı, yarasalar evi basdı, tülkülər gəldi, arılar bacada yuva qurdu, pəncərələri sındı, istilik sistemi çökdü, santexnika partladı. Bu arada biz olmayanda naməlum biri də evə girib. Çox qorxmuşduq, gözəl macəra idi".