Aktrisa İpek Filiz Yazıcı müğənni Ufuk Beydemirə ərə gedir.
Axşam.az xəbər verir ki, aktrisa Ufukun evlilik təklifini qəbul edərək ona "Hə" cavabını verib.
Bu barədə sosial media hesablarında paylaşım edən cütlük "Xoşbəxtliyimizi sizinlə bölüşmək vaxtıdır" deyə, yazıb.
Qeyd edək ki, İpek hazırda "İçimizdeki ateş" serialında rol alır.


