Məşhur reper 30 il müddətinə həbs edildi

Məşhur reper 30 il müddətinə həbs edildi
590 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı musiqiçi və prodüser Ar Kelli pedofiliyaya görə 30 il müddətinə azadlıqdan məhrum edilib.

Axşam.az xəbər verir ki, Nyu-York məhkəməsi ifaçını cinsi istismar məqsədilə insan alverində təqsirli bilib.

Qeyd edək ki, reper haqqında ittihamlar 1998-2010-ci illər arasında yaranıb. Reperin 1994-cü ildə 15 yaşlı müğənni Aaliyahla evləndiyi ortaya çıxıb.

2017-ci ildə “BuzzFeed”in yaydığı məlumatlarda isə Kellinin “seks zindanı”nda 6 qıza təcavüz etdiyi ilə bağlı ittihamlar yer alıb.