2016-cı ildən bəri bağırsaq xərçəngi ilə mübarizə aparan tanınmış yazar, jurnalist Debora Ceyms vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə onun instaqram hesabında yaxınları yazıb. Bildirilib ki, yazar 40 yaşında xərçəngdən dünyasını dəyişib.
Qeyd edək ki, Deboranın "The Sunday Times", "The Sun", "Daily Mail", "The Times", "Grazia, "Women's Health" kimi məşhur nəşrlərdə yazıları dərc olunub. O, son kitabını məhz xərçənglə mübarizəyə həsr etmişdi.