Məşhur müğənni Adel sevgilisi, amerikalı baksetbol meneceri Riç Paulla ilk dəfə ictimaiyyət arasında birgə görüntülənib.
Axşam.az xəbər verir ki, cütlük model Keyt Bokla basketbolçu Kevin Lavın toyunda iştirak ediblər. Nyu-Yorkda baş tutan tədbirə müğənni 6900 avroya olan "Alexander McQueen" libası ilə qatılıb.
Qeyd edək ki, Adel ötən ilin martında həyat yoldaşı Simon Konecki ilə boşanıb. Onun bu evlilikdən Ancelo adlı oğlu var.
Adel və Riç bir neçə il əvvəl ortaq dostları vasitəsilə tanış olublar. İkili aktyor Silvestr Stalonnidən 58 milyon dollara aldıqları yeni malikanələrində yaşayırlar.


