Cüneyt Arkınla vida mərasimindən - Video+Fotolar

Cüneyt Arkınla vida mərasimindən - Video+Fotolar
1459 dəfə oxunub
  • A-
  • A
  • A+

İki gün əvvəl dünyasını dəyişən məşhur türkiyəli aktyor Cüneyt Arkınla vida mərasimi keçirilir.

Axşam.az xəbər verir ki, mərasim Taksim Atatürk Mədəniyyət Mərkəzində təşkil olunub. Vida gününə məşhur simlarala yanaşı ölkənin ictimayi-siyasi xadimləri və sevənləri qatılıb.

Mərhumun oğlu Kaan Cüreklibatır isə atasının tabutu qarşısında göz yaşlarına hakim ola bilməyib və onunla bağlı bu sözləri səsləndirib:

"Yaxşı insan olmağı atamın filmlərinə baxaraq öyrəndim. Ən əsası, öyrəndim ki, yaxşı insanlar həmişə qalib gəlir, pislər isə həmişə uduzur. Onun qarşısında bir uşaq kimi sevgi və hörmətlə baş əyirəm. Mənə öyrətdiyin hər şeyə görə sənə təşəkkür edirəm”.