Monika Belluççidən yeni - Fotosessiya

Monika Belluççidən yeni - Fotosessiya
903 dəfə oxunub
  • A-
  • A
  • A+

İtalyalı aktrisa Monika Belluççi “Harper's Bazaar Vyetnam” jurnalının yeni buraxılışının qəhramanı olub.

Axşam.az xəbər verir ki, üz qabığında yer alan aktrisanın fotosessiyası da jurnalda yayımlanıb.

Çəkilişlərdə Belluççi "Alaia", "Rabih Kayrouz", "Sportmax", "Ashi" kimi brendlərin geyimlərində poz verib.

Fotosessiya aktrisanın əfsanəvi opera müğənnisi Mariya Kallası canlandırdığı “Mariya Kallas: Məktublar və xatirələr” tamaşasının davam edən təqdimat kampaniyasına təsadüf edib.

O, yaxın zamanda Federiko Fellininin "La Dolce Vita" filminin ulduzu (Silvia obrazı) isveçli aktrisa Anita Ekberqi də canlandırmağa hazırlaşır.