Anna Netrebko malikanəsini 3,9 milyon avroya satır - Foto

Anna Netrebko malikanəsini 3,9 milyon avroya satır - Foto
722 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Anna Netrebko Vyanadakı malikanəsini satır.

Axşam.az xəbər verir ki, ikimərtəbəli mənzilin dəyəri 3,9 milyon avro (6,9 milyon manatdan çox) olaraq qiymətləndirilir.

Paytaxtın mərkəzində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 225 kvadratmetrdir. Annanın evi satmasına səbəb isə sahəsi daha böyük  yeni mənzilə köçməsidir.

Xatırladaq ki, bir müddət əvvəl A.Netrebkonun ABŞ-da dəyəri 2,5 milyon dollar (4,2 milyon manatdan çox) olan mənzilinin əlindən alındığı məlum olub.