Müğənni Oğuzhan Koçla evlilik hazırlıqları edən aktrisa Demet Özdemir koronavirusa yoluxub.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük avqustun 28-də nikah masasına oturmağa hazırlaşır. Demet sosial şəbəkə hesabında xətsəliyi ilə bağlı paylaşım edərək toyun təxirə düşməyəcəyini vurğulayıb:
"Üç ildir heç yoluxmamışdım, indi koronavirus oldum. Heç nəyi təxirə salmayacağıq. Çox ağrılıdır və ağır keçirirəm. Müalicəm davam edir. Yaxın günlərdə sağalıb qayıdacam".
O, əlavə edib ki, yarımçıq qalan toy hazırlıqlarına sağalan kimi davam edəcək.