Türkiyəli müğənni Gökhan Özoğuz növbəti sosial media paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, ifaçı ötən gündən etibarən Muğla vilayətinin Datça bölgəsində başlayan meşə yanğınlarını şərh edib. O, buna səbəb olan şəxsləri sözügedən ərazidə hotel tikmək üçün yanğını başlatdığını iddia edərək sərt şəkildə tənqid edib.
"Bir kasıbın əlinə üç-beş qəpik verib, buraları yandır ki, hotel inşa edək təlaşı durmaq bilmir. Biriləri də məmləkətin istədiyi yerini, istədiyi kimi alıb-satır" - deyə, Gökhan yazıb. Onun bu fikirləri izləyicilər tərəfindən dəstəklənib.
Qeyd edək ki, ötən ilin bu vaxtları da Türkiyədə irimiqyaslı yanğınlar baş vermişdi.
