Bakıya gəlməyə hazırlaşan İrem xəstəxanalıq oldu

Bakıya gəlməyə hazırlaşan İrem xəstəxanalıq oldu
1196 dəfə oxunub
  • A-
  • A
  • A+

Sıx konsert proqramına görə tez-tez səyahət edən müğənni İrem Derici xəstəxanalıq olub.

Axşam.az xəbər verir ki, ötən gün Bodrumda səhnəyə çıxan ifaçının tədbirdən sonra halı pisləşib. 

İrem şəkillərini sosial şəbəkədə paylaşaraq "Necə başladı, necə bitdi" sözlərini yazıb. Bir müddətdir infeksiyadan müalicə alan Derici konsertlərə görə müalicəsini təxirə saldığını bildirib.

Qeyd edək ki, Derici bir neçə gün sonra Bakıda da konsert verəcək.