Amerikalı yazar Coys Kerol Oates tərəfindən qələmə alınan və rejissor Endryu Dominikin ekranlaşdırdığı "Sarışın" adlı ekran işi yayımlanmadan maraq oyadıb.
Axşam.az xəbər verir ki, sənədli filmdə Hollivud ulduzu Merilin Monronun həyat hekayəsindən bəhs olunur. Filmin ilk treylerinin ardından Coys "Variety" nəşrinə müsahibə verib. O, Merilin Monro təxəllüsü ilə tanınan Norma Cin Beykerin yoxsulluq içində dünyasını dəyişdiyini açıqlayıb:
"Merilin çox böyük məşhurluq qazandı, amma bu davam etdirə biləcəyin tərzdə bir şey deyil. Bu ad özündən çox kişilərə külli miqdarda pul qazandırdı. O, 36 yaşında vəfat edəndə düzgün formada dəfn oluna bilməsi üçün belə kifayət qədər pulu yox idi".

Yazar Merilinin karyerasının irəliləyən illərində xoşbəxt olmadığını etiraf edib:
"Merilinin yaşı artsa da hələ də ona gənc qadın obrazlarını canlandırmaq üçün rollar təklif olunurdu. O, özünü alçaldılmış hiss edirdi. 40 yaşında axmaq sarışın rollarını ifa edə bilməzsən. Bəzi insanlar onun intihar etdiyini düşünür. Mən bu fikirdə deyiləm. Məncə, o, özünü həddindən artıq bədbəxt hiss etdiyi üçün ölüb”.
(Fotoda: Merilin Manronun həyat yoldaşları - Ceyms Doqerti, Co Di Madco və Artur Miller)
Aktrisanın həyatının son illərində karyerasında yaşadığı çətinliklərlə yanaşı, daha bir boşanma ilə özləşib. Bundan sonra o, spirtli içkilərə aludə olub. O, psixoloq tərəfindən yardım alsa da bunun köməyi olmayıb. Merilin 5 avqust 1962-ci ildə Los-Ancelesin Brentvud məhəlləsindəki ünvanında həyatını itirib. Onun cəsədinin yanında boş dərman şüşələri tapılıb. Gizli baş tutan dəfn prosesində yalnız 31 nəfərin iştirak etməsinə icazə verilmişdi.

(Fotoda: Merilin Manronun ölümündən sonra yanında aşkarlanan boş dərman şüşələri və dəfn mərasimi)
Qeyd edək ki, "Sarışın" sentyabrın 23-də "Netflix"də yayımlanacaq. Filmin premyerası bu il avqustun 31-dən sentyabrın 10-dək davam edəcək Venesiya Film Festivalı zamanı baş tutacaq. Sənədli filmin baş rolları Ana de Armas, Bobbi Kannavale və Edrian Broudiyə həvalə olunub.