Dünyaca məşhur ulduz Arnold Şvartseneggerin nikahdankənar doğulan övladı Cozef Baen hazırda atasının ona maddi dəstək vermədiyini açıqlayıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı Cozef kolleci bitirdikdən sonra atasından aldığı maddi yardım da dayanıb. Cozefin sözlərinə görə, Arnold məzun günü ona "İndi özün başının çarəsinə baxmalısan" deyib.
Bu səbəbdən atasının yolu ilə getməyi planlaşdıran həvəskar aktyor, bodibilder olan Cozef hazırda daşınmaz əmlak agentliyində çalışır.
"Bir işə ehtiyacım var idi və alacağımı düşündüyüm aktyor rollarının heç birindən geri dönüş olmadı. Lakin pul qazanmalı idim. Bunun üçün daşınmaz əmlak şirkətində təcrübə keçməyə başladım. Gəlir əldə etməklə yanaşı öyrənmək istəyirəm. Sonra bundan həzz almağa və özümə və "Oh, mən bunu çox yaxşı bacarıram" deməyə başladım. Lisenziyamı aldım" deyə, Cozef bildirib.
Qeyd edək ki, Cozef Arnoldun evli olarkən qulluqçusu Petti Baena ilə qeyr-rəsmi münasibətindən dünyaya gələn övladıdır. Aktyorun keçmiş həyat yoldaşı Maria Şrayverdən 4 övladı - Ketrin (32 yaş), Kristina (30 yaş), Patrik (28 yaş) və Kristofer (24) var.