Dreyk polis tərəfindən saxlanıldığını təsdiqlədi

Dreyk polis tərəfindən saxlanıldığını təsdiqlədi
324 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur kanadalı reper Dreyk İsveç hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barəd məlumatı 35 yaşlı reper özü təsdiqləyib. O, instaqram hesabında polis tərəfindən saxlanıldığını təsdiqləyən sənədi paylaşıb. “Cinayətdə şübhəli bilinən şəxslər üçün məlumat” adlı sənəddə həbs və saxlanmanın təfərrüatları, habelə şübhəlinin vəkil tələb etmə hüququ yer alıb. Bununla belə, ifaçı saxlanılmasına münasibət bildirməyib.

Lakin daha əvvəl çıxan xəbərlərə görə, Dreyk İsveçdəki gecə klublarından birində şənlik zamanı marixuanadan istifadə edib, bundan sonra yerli polis onu saxlayıb. Lakin, onun narkotik vasitədən istifadə etdiyi sübut oluna bilmədiyi üçün sərbəst buraxılıb. Dreykin komandası bu haqda çıxan xəbəri təkzib edib.

"Daily Mail" nəşri sərbəst buraxılan reperin hazırda İspaniyanın İbiza adasında istirahət etdiyini yazıb.