"İnsanlar məni təbrik etdilər, sonra körpəmi itirdim"

"İnsanlar məni təbrik etdilər, sonra körpəmi itirdim"
1596 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şer övladının itirməsindən danışıb.

Axşam.az xəbər verir ki, ifaçı bu haqda tviter hesabında yazıb. O bildirib ki, hələ erkən yaşda, Sonni Bono ilə evli olduğu bir vaxtda faciələr yaşayıb:

"Gənc olanda üç dəfə hamilə qaldım. Birincisi 18 yaşında baş verib. Evimizdə tək idim. Sonni evə gəldi və mən hönkürüb yerə yuvarlandım. Bu, daha iki dəfə baş verdi, kabusa çevrildi. Hamilə olduğum üçün insanlar məni təbrik etdilər, sonra körpəmi itirdim. Dedilər ki, “ay, üzr istəyirik”. Düşündüm ki, “Allahım, daha bunu eşitmirəm".

O əlavə edib ki, 22 yaşında ilk dəfə ana olub. Hazırda isə onun iki övladı var.