Ev belə almayan Maskın 12 minlik yaxta tətili - Fotolar

Ev belə almayan Maskın 12 minlik yaxta tətili - Fotolar
1411 dəfə oxunub
  • A-
  • A
  • A+

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask bu dəfə istirahəti ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, tətil üçün Yunanıstanın Mikonos adasını seçən milyarder günlük dəyəri 7 min avro (təxminən 12 min 134 manat) olan yaxta kirayələyib. Daha əvvəl evi belə olmadığını, qənaətlə yaşadığını iddia edən İlonun gəzintisi və yaxtada lentə alınan görüntüləri müzakirələrə səbəb olub.

Bundan başqa, milyarderin bədəni də tənqidlərdən yan keçməyib. İzləyicilərdən biri Maskın ünvanına "Təsəvvür edin ki, pulunuz var və onu şəxsi məşqçiyə sərf etmirsiniz" şərhini yazıb.

Qeyd edək ki, "Forbes"də zənginlər siyahısına birincilik edən milyarder bir müddət əvvəl yaşamağa evinin olmadığını açıqlamışdı.