Türkiyəli aktrisa Selin Şekerci yeni eşqə yelkən açıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisanın menecer Osman Yalınla münasibətdə olduğu iddia edilib. Cütlük bir ay əvvəl Bozburunda tanış olub.
İkili iddialarla bağlı hələlik hər hansı açıqlama verməyib.
Qeyd edək ki, Selin bundan əvvəl həmkarı İbrahim Selimlə, Osman isə aktrisa Dolunay Soysertlə sevgili olub.
