Türkiyəli bloqer Berkay Türkmenin İrəvandan paylaşdığı videolar Ermənistanda səs-küyə səbəb olub.
Axşam.az erməni mediasına istinadən xəbər verir ki, bloqer İrəvandakı qondarma “erməni soyqırımı” abidəsinin qarşısında “bozqurd” işarəsi göstərdiyi anları lentə alaraq sosial media hesablarında paylaşıb.
B.Türkmenin digər bir videodasunda isə İrəvan küçələrində üzərində Türkiyə bayrağı olan geyimdə gəzdiyi diqqət çəkib.
Sözügedən bu görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub, bundan narahat olan ermənilər həmin bloqerin tapılması ilə bağlı şərhlər yazıblar.