Amerikalı müstəntiqlər rus oliqarx Süleyman Kərimova məxsus olduğu ehtimal olunan super yaxtada unikal Faberje yumurtaları aşkarlayıb.
Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Bildirilib ki, söhbət daha əvvəl Ficidə ABŞ səlahiyyətliləri tərəfindən həbs qoyulmuş və hazırda San Dieqoda dayanan yaxtan gedir.
Məqalədə qayığın sahibinin adı çəkilməsə də, lakin bunun milyarder Süleyman Kərimova məxsus olduğu güman edilən "Amadea" yaxtası ola biləcəyi ehtimal edilir. Dəyəri 325 milyon dollar olan gəmi bu ilin aprelində Kərimovun adı sanksiyalar siyahısınıa daxildikdən sonra Ficidə saxlanılıb.
ABŞ Baş prokurorunun müavini Lisa Monako Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı sözügedən yumurtalardan aşkarladıqlarını bildirib. O, vurğulayıb ki, daş-qaşlı yumurtanın orijinal olduğu aşkar edilərsə, o, dünyada qalan azsaylı belə zərgərlik əşyalarından biri olacaq. Bu da onun milyonlarla dollar dəyərində olması deməkdir.