Keşiş Cey Lo və Benin toyunda yaşananları açıqladı

Keşiş Cey Lo və Benin toyunda yaşananları açıqladı
995 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftəsonu Las-Veqasda evlənən Cennifer Lopez və Ben Afflekin toyu ilə bağlı bəzi məqamlar ortaya çıxıb. 

Axşam.az xəbər verir ki, “Kiçik Ağ Toy Kapellası” kimi tanınan toy kilsəsinin keşişi Rayan Vulf “People” müxbirinə danışıb. Şənbə günü ulduzların toy mərasimini məhz o keçirib. O, Cennifer və Benin toy üçün öz kiçik dualarını hazırladıqlarını söyləyib:

"Əla sözlərdi. Bir-birlərini nə qədər sevdiklərini göstərən çox emosional bir an".

Məlum olub ki, keşişin özü üçün ulduz cütlüyün mərasimi sürpriz olub. Həmin axşam o, artıq beş toy edibmiş, kilsəni bağlamaq üzrə olanda isə onlar gəlib:

"Bir-birimizə deyirik: “Yaxşı, gəlin bir də toy edək”. Əlbəttə, mən Cennifer Lopezin kim olduğunu bilirəm. Ben Afflek və Cennifer Lopez hər gün qapının ağzında görünmür. Onların üzləri tanış görünürdü, amma mən onları ilk əvvəl tanımadım, çünki onları burada görəcəyimi gözləmirdim. Bəy və gəlin toy geyimlərini dəyişəndə ​qarşımda kimin olduğunu anladım və narahat olmamağa çalışsam da, çətin olub".

Keşişin sözlərinə görə, Cennifer və Ben ilə iki uşaq gəlib - Lopezin 14 yaşlı qızı Emmi və Afflekin övladlarından biri. Toyda məhz onlar şahid olublar, baxmayaraq ki, buna adətən yalnız 18 yaşı tamam olanlara icazə verilir.

Keşiş nikah mırasimini ulduzların övladlarının telefonla çəkdiyini deyib: 

"Mərasimin uzun olduğunu deməyək, amma kilsəmizdəki toylar həmişəkindən daha uzun çəkdi. Təbii ki, mərasimdən sonra onlar telefonlarında - kilsədə, Elvisin çəhrayı Kadillakında çoxlu fotolar çəkdirdilər. Hər şeyi bəyəndilər, çox razı qaldıqlarını dedilər".