Aktrisa Ember Hörd keçmiş həyat yoldaşı aktyor Conni Deppin xeyrinə olan məhkəmə qərarından apellyasiya şikayəti verib.
Axşam.az xəbər verir ki, aktrisa məhkəmənin çıxardığı hökmə etiraz etmək niyyətindədir. Emberin sözlərinə görə, o, Conniyə böhtan atmaqda təqsirli bilinib. Əvvəllər hökmə yenidən baxılmasından imtina edilsə də onun vəkilləri çoxsaylı pozuntuları əsas gətirərək nəticələrin ləğvini və yeni məhkəmənin təyin olunmasını istəyiblər. Apellyasiya şikayətində Emberin hüquq qrupu münsiflər heyətinin qərarı ilə razılaşmadıqlarını vurğulayıblar.
Məsləyə münasibət bildirən Conninin vəkilləri isə hökmün dəyişməz qalacağına əmin olduqlarını söyəyiblır.
Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.