Məşhur cütlük Cennifer Lopes və Ben Afflek nikah masasına oturduqdan sonra paparassilər onların hər addımını izləyir.
Axşam.az xəbər verir ki, cütlük bu dəfə Fransada görüntülənib. Las-Veqasda münasibətlərini rəsmiləşdirən məşhurlar Paris küçələrində övladları ilə gəzib.
Onlar eyni zamanda məşhur restoranda şam yeməyinə yollanıblar. Onlar Patisə şəxsi təyyarə ilə gəliblər. Gecə üçün Lopes qırmızı uzun libas seçib. Onlar restoranın açıq havada olan yerində oturmağı seçiblər.
Əvvəlcə şam yeməyi yeyən Cey Lo və Ben daha sonra klubda əyləniblər. Cenniferin qızı Emma, Benin övladları Serafina və Vayolet də onlatla birlikdə Parisdə olublar.