Türkiyəli aktyor İsmail Hacıoğlunun başına bədbəxt hadisə gəlib.
Axşam.az xəbər verir ki, hadisə "49" filminin çəkilişi zaman baş verib. Səhnələrdən birinin çəkilişi zamanı istifadə edilən detonator vaxtından əvvəl partlayıb. Hadisə zamanı yaxınlıqda olan İsmayıl ciddi bədən xəsarətləri alıb.
Çəkiliş meydançasında ilkin tibbi müdaxilə edilən aktyorun hazırda vəziyyəti yaxşı olsa da üzündə və bədənində yanıq izləri yaranıb.
Qeyd edək ki, aktyor bir müddət əvvəl çəkiliş zamanı lentə alınan yanğın səhnəsi ilə foto da paylaşmışdı. O, şəklə "yanıram, hə..." şərhini yazmışdı.
