Bred Pitt Ancelina Coliyə məğlub oldu

Bred Pitt Ancelina Coliyə məğlub oldu
1445 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur aktrisa Ancelina Coli keçmiş həyat yoldaşı, Hollivud ulduzu Bred Pittə məhkəmədə qalib gəlib.

Axşam.az xəbər verir ki, aktrisa Pitti ortaq fransız şərab zavodu Chateau Miraval üzərində açdığı məhkəmə çəkişməsində məğlub edib.

Fevralda məlum olub ki, Pitt Colini şərabçılıq biznesinin bir hissəsini rusiyalı iş adamı, spirtli içki istehsalçısı "SPI Group"un sahibi Yuri Şeflerə qanunsuz satmaqda ittiham edib. Pitt müqaviləni ləğv etmək üçün aktrisanı məhkəməyə verib. Son görüşdə Colinin nümayəndələri Pittdən məhkəməyə şərab zavodunun yarısının satışının qanunsuzluğunu sübut edəcək sənədləri təqdim etməyi tələb ediblər.

Nəticədə Los-Anceles məhkəməsi Colinin xeyrinə qərar çıxarıb. "Page Six"ə mənbədən verilən məlumata görə, Pitt Coliyə qəzəblidir.

Qeyd edək ki, sözügedən əmlakın dəyəri təxminən 164 milyon dollardır. Cütlük ərazini 2008-ci ildə 28,4 milyon dollara alıb.