Buzova Burakın onunla foto çəkdirmək istədiyini yazdı

Buzova Burakın onunla foto çəkdirmək istədiyini yazdı
4874 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Olqa Buzova instaqram hesabındakı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı türkiyəli aktyor Burak Özçivitlə şəklini izləyiciləri ilə bölüşüb. O, fotonun Burakın xahişi ilə çəkildiyini iddia edib.

"Şəkil çəkdirməyi xahiş etdi. Tanıyırsınız kimdir?" deyə, o, paylaşımında bildirib.

Olqaya cavab olaraq izləyicilərin bəziləri "Əgər o, istəsəydi, o zaman mərkəzdə sən olardın", "Bəlkə sən ondan xahiş etmisən?" kimi şərhlər yazıblar.