Britaniyalı məşhur aktyor Devid Uorner vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor 80 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, D.Uorner karyerası boyunca 200-dən çox obrazı canlandırıb. O, “Titanik”, "Mübadilə", "Taxt", "İtirilmiş dünya", "Meymunlar planeti", "Doctor Who”, “Tvin Piks”, “Qorxulu nağıllar” kimi məşhur filmlərdə çəkilib.