Qəyyumluğunu istəyən oğluna Tatlısəsdən cavab

Qəyyumluğunu istəyən oğluna Tatlısəsdən cavab
1853 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İbrahim Tatlısəs konsertində oğlu Ahmet barədə danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi pərəstişkarlarıyla söhbəti zamanı "Ağlımın yerində olmadığını deyirlər. Ay səfehlər, ağlı üstündə olmayan biri bu qədər mahnını əzbər bilər?" söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Ahmet Tatlısəs “psixi sağlamlığından şübhələnirəm” deyərək atasını məhkəməyə vermiş və qəyyumluğunu tələb etmişdi. Bu iddiadan sonra sənətçi məhkəməyə müraciət edərək müdafiə istəmişdi. Hakim tərəflər arasında baş verənlərin maliyyə münaqişələrindən qaynaqlandığını əsas gətirərək müdafiə tələbini rədd etmişdi.