Əfsanəvi boksçu Məhəmməd Əlinin çempionluq kəməri hərracda rekord qiymətə satılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mərhum boksçunun 1974-cü ildə Corc Formanla döyüşündə qazandığı kəməri “Indianapolis Colts” klubunun sahibi, idman əşyalarının kolleksiyaçısı Cim İrsi 6,18 milyon dollara (təxminən 10 milyon 506 min manat) alıb.
Bu məbləğ indiyə qədər idmanla bağlı hərraca çıxarılan əşya üçün ən yüksək qiymətlərdən biri hesab olunur.
Qeyd edək ki, Məhəmməd Əli 2016-cı ildə vəfat edib.