Brejneva ilə Meladze boşandı

Brejneva ilə Meladze boşandı
3366 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva ilə həyat yoldaşı bəstəkar Konstantin Meladze boşanıb. 

Axşam.az xəbər verir ki, bu barədə jurnalist Alyona Juja məlumat yayıb. O, cütlüyün 7 illik evliliklərini sonlandırdığını iddia edib.

Bildirilib ki, Brejneva və Meladzenin münasibətlərində problem artıq bir neçə aydır ki, davam edirmiş. Alyona cütlüyə yaxın olan insanların məlumatı təsdiqlədiyini deyib. Bundan başqa, Brejnevanın sosial media hesabından Meladze ilə olan fotolarını silməsi də diqqət çəkib.

Lakin ikili məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Brejneva ilə Meladze 2015-ci ildə gizli şəkildə nikah masasına əyləşib.