Məşhur müğənni Britni Spirs uzun fasilədən sonra səhnəyə qayıdır.
Axşam.az xəbər verir ki, o fəaliyyətini britaniyalı müğənni Elton Conla ifa etdiyi duetlə davam etdirəcək. Sənətçilər artıq birlikdə "Tiny Dancer" adlı mahnının yeni versiyasını hazırlayırlar.
Mahnı gələn ay dinləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, Britni Spirslə ötən ay nişanlısı Sem Askeriylə ailə qurub.