Amerikalı model Emili Ratajkovski həyat yoldaşı, amerikalı aktyor Sebastian Bear MakKlard tərəfindən aldadıldığı üçün boşanmaq qərarı alması xəbərlərinə reaksiya verib.
Axşam.az xəbər verir ki, model xəyanət iddialarını təsdiqləyib. Emili tvitterdə ona dəstək olmaq və Sebastianın bu hərəkətini pisləyən tvitləri bəyənib.
Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. Onların 2021-ci ildə övladı dünyaya gəlib. Bir müddət əvvəl modelin xəyanətə uğraması səbəbindən boşanmaq istədiyi ortaya çıxıb.

