Səhranın ortasında 500 milyarda başa gələcək şəhərin - Fotoları

Səhranın ortasında 500 milyarda başa gələcək şəhərin - Fotoları
1339 dəfə oxunub
  • A-
  • A
  • A+

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın 2017-ci ildə elan etdiyi meqa şaquli şəhər layihəsindən ilk görüntülər yayımlanıb.

Axşam.az xəbər verir ki, layihənin ümumilikdə 500 milyard dollara başa gəlməsi hesablanıb. Şəhərin 9 milyon insana ev sahibliyi etməsi və tamamilə bərpa olunan enerjidən istifadə olunması planlaşdırılır. 

Səhranın ortasında tikiləcək şəhərin adı isə "Line"dır. Şəhərin eni 200 metrə, uzunluğu 170 km-ə çatacaq. Dəniz səviyyəsindən 500 metr yüksəklikdə inşa ediləcək. Burada avtomobillərin hərəkətinə imkan verilməyəcək, nəqliyyat vasitəsi kimi sürət qatarından istifadə olunacaq.

Tikinti işləri davam edən layihənin 2030-cu ilə qədər şəhərdə 1,5 milyon insanı yaşamaq imkanı ilə təmin edəcəyi deyilir.