Dua Lipanın konsertində 3 nəfər yaralandı

Dua Lipanın konsertində 3 nəfər yaralandı
456 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Dua Lipanın Torontoda baş tutan konserti hadisəsiz ötüşməyib.

Axşam.az xəbər verir ki, müğənninin çıxışı zamanı zalda planlaşdırılmamış atəşfəşanlıq nəticəsində 3 nəfər yaralanıb. Hadisənin hansı səbəbdən necə baş verdiyi hələlik bəlli deyil.

İfaçı özü də bu barədə instaqram hesabında yazıb:

"Dünən gecə Torontoda çıxışım zamanı izdihamda atəşfəşanlıq oldu. Şoularımda təhlükəsiz və inklüziv məkan yaratmaq həmişə əsas prioritet olub - komandam və mən də sizin kimi hadisədən hədsiz qorxmuşuq. Hazırda hadisənin necə baş verdiyini öyrənməyə çalışırıq".