Məşhur qrupun konsertində monitor rəqqasların üzərinə düşdü - Video

Məşhur qrupun konsertində monitor rəqqasların üzərinə düşdü - Video
2159 dəfə oxunub
  • A-
  • A
  • A+

Honq Konqda "Mirror" qrupunun konserti zamanı bədbəxt hadisə baş verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 12 nəfərdən ibarət qrupun çıxışı zamanı səhnədə quraşdırılan böyük monitorlardan biri rəqqasların üzərinə düşüb. Hadisə nəticəsində 2 nəfər yaralıb, onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Konsert isə yarımçıq dayandırılıb.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, "Mirror" qrupu 2018-ci ildə yaradılıb.