Fahriyə oğluna qışqıran şəxsə qəzəbləndi

Fahriyə oğluna qışqıran şəxsə qəzəbləndi
3258 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur cütlüyü Fahriyə Evcəklə Burak Özçivitin başına iş gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük səhər yeməyi üçün restorana gedib. Oğulları Karan pişiklə oynadığı zaman müştərilərdən birinin masasına toxunub. "Yavaş ol bir az, bu nədir?" deyə Karana qışqıran vətəndaşa aktrisa qəzəblənib:

"Etdiyiniz çox ayıbdır, o hələ uşaqdır". "Nə edim uşaqdır" deyə, cavab aldıqdan sonra cütlük restoranı tərk edib.