Dünyanın ən böyük brilyantı tapılıb - Foto

Dünyanın ən böyük brilyantı tapılıb - Foto
798 dəfə oxunub
  • A-
  • A
  • A+

Cənubi Afrikanın Anqola ölkəsində dünyanın ən böyük almazı tapılıb.

Axşam.az xəbər verir ki, bu cür böyük daş son üç yüz ildə görülməyib. Yerli mədənlərdə 179 karat ağırlığında nadir çəhrayı almaz tapılıb. Hazırda daş  Avstraliyanın Lulo Rose şirkətinə məxsusdur.

Şirkətin baş direktoru Stefen Ueazerall daşın rənginin unikal olduğunu vurğulayır. O bildirib ki, on min almazdan yalnız biri çəhrayı rəngdədir. Bu almaz şirkət tərəfindən bu mədəndə aşkar edilən beşinci ən böyük almaz, həmçinin yüz karatdan çox çəkisi olan 27-ci almazdır.

Bu cür daşlar on milyonlarla dollar dəyərində qiymətləndirilən hərraclarda satışa çıxarılır. 2016-cı ildə həmin mədən 16 milyon dollara satılan 404,2 karatlıq “4 fevral daşı” istehsal etmişdi. Yeni çəhrayı hələ qiymətləndirilməyib, lakin şirkət əmindir ki, zərgərlər və kolleksiyaçılar onu almaq üçün yarışa girəcəklər.