Tarkan çimərlikdə qarşılaşdığı mənzərəyə əsəbiləşdi - Fotolar

Tarkan çimərlikdə qarşılaşdığı mənzərəyə əsəbiləşdi - Fotolar
2141 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Tarkan Kilyos, eyni zamanda Kumköy adlanan bölgənin sahilindən fotolar paylaşaraq xəyal qırıqlığı ilə rastlaşdığını bildirib.

Axşam.az xəbər verir ki, çimərliyi tullantılarla dolu olduğunu müşahidə edən ifaçı bu vəziyyətə əsəbiləşib. O, sahildən olan görüntüləri izləyiciləri ilə paylaşaraq çimərliyi bu hala salanlara səslənib:

"Bura Kilyosdur. Necə də gözəldir elə deyil? Gəl, gör ki, vəziyyət budur... Zibilini qoyub gedən insanlar və qalaq-qalaq tullantı içində olan çimərliklər. Bir zəhmət zibilinizi də özünüzlə aparıb gedin, ya da gördüyünüz yerdə zibil qabına atın. Bu nədir? Ayıbdır.

"Təmizlik imandan gəlir" kimi böyük sözlər işlədən millətik, amma nəticəyə baxanda hər yer zibil içindədir. Meşələrəmiz, dənizlərimiz, çimərliklərimiz, təbiətimiz tullantı içindədir. Heç kim də demir ki, bunları toplayaq, topladaq. İşin qəribə tərəfi də budur ki, bu vəziyyəti adiləşdirmişik. Zibil içində yaşamağı, təəssüf.

Təbiət bizim evimiz, hər şeyimizdir. Təbiət bizik. Bizə hər şeyi verən odur, ona həssas yanaşaq, onunla daha yaxşı rəftar edək".