Reper Timati məşhur qəhvə şirkəti "Starbucks"ın Rusiyadakı aktivlərini aldığını təsdiqləyib.
Axşam.az xəbər verir ki, bu barədə müğənni instaqram hesabında mağazalar şəbəkəsindən olan fotolarını paylaşaraq yazıb:
"Rəsmi olaraq şəbəkənin bütün aktivləri alınıb və Anton Pinski ilə birgə rəhbərliyimiz altındadır. Sizi əmin edə bilərəm ki, heç bir dəhşətli rebrendinq gözlənilmir".
O əlavə edib ki, hazırda yeni loqo üçün dizaynerlərin təkliflərini gözləyir. Mağazanın açılışının avqustda baş tutması planlaşdırılır.


