"Üç kuruş"un aktyoru xəstəxanalıq oldu

"Üç kuruş"un aktyoru xəstəxanalıq oldu
666 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli tanınmış aktyor Civan Canova xəstəxanalıq olub. 

Axşam.az xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında paylaşım edib. O, ağciyərində qeyri-müəyyən bir kütlə aşkarlandığını vurğulayıb.

"Hər şey 2014-cü ildə Gümüşlük çimərliyində gəzərkən başladı. Sol biləyimdən əməliyyat olundum, sümük ölümü var idi, onu götürdülər. Kafeyə gedərkən qapqara itin üstünə basdım. Heyvan da qeyri-ixtiyarı yerindən sıçradı, yerə, sağ qolumun üstünə yıxıldım. Sümük ölümü, vətər qopması, əzələlərin əriməsi baş verdi. MRT çəkildi, həkim dedi ki, protez lazımdır. Xəstəxanaya gəldim və MRT çəkdirdim. Qoluma protez qoyulması lazım olduğunu dedilər. Onda da mən istəmədim. Nəticədə 3 ay bundan əvvəl ağrılarım yaranmağa başladı. Gecələr məni yatmağa qoymayacaq qədər şiddətli ağrılar idi. 

Amma indi bu, ikinci plandadır. Çünki ağciyərin rentgeni zamanı müəyyən olundu ki, orada qeyri-müəyyən kütlə var. 15 gündür xəstəxanadayam. Ailəm yanımdadır. Bir neçə günə evə buraxılacaqlar" deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, C.Canavo sonuncu dəfə "Üç kuruş" serialında rol alıb.