Nəsrindən Gökhanla barışması iddialarına cavab - Foto

Nəsrindən Gökhanla barışması iddialarına cavab - Foto
4741 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə keçmiş nişanlısı aktyor Gökhan Alkanla barışması ilə bağlı iddialara cavab verib.

Axşam.az xəbər verir ki, ötən gün cütlüyün barışdığı və Bodrumda birlikdə istirahət etdiyi iddia olunub. Nəsrin məsələ ilə bağlı paylaşım edərək yazılanların yalan olduğunu bildirib.

Aktrisa "Haqqımda hər gün yalan xəbər oxuyanda mən də sizin kimi təəccüblənirəm. Yenə də xəyal gücünüzün əlinə sağlıq. Ümid edirəm, bir yerdə yorularsınız" deyə, yazıb.

Qeyd edək ki, sosial media üzərindən belə bir-birilərini "silən"cütlüyün ayrılıq səbəbi isə hələlik bəlli deyil.