Rusiya pasportu karyerasını bitirdi

Rusiya pasportu karyerasını bitirdi
2318 dəfə oxunub
  • A-
  • A
  • A+

Latviyalı gimnast Yelizaveta Polstyana dünya çempionatında iştirakdan kənarlaşdırılıb.

Axşam.az xəbər verir ki, buna səbəb isə idmançının Rusiya pasportundan imtina etmək istəməməsi olub. 2018-ci ildə Latviya vətəndaşlığını alan keçmiş rusiyalı idmançı Yelizavetaya sentyabrda bədii gimnastika üzrə dünya çempionatında iştirakına icazə verilmədiyini bildirib.

Yelizavetanın sözlərinə görə, Olimpiya Komitəsi onun qarşısında şərt qoyub: ya o, Rusiya vətəndaşlığından tamamilə imtina edib Latviya yığmasında oynamağa davam etməli, ya da imtina etmir və o, milli komandadan xaric olunur. 

"Əvvəllər demişdim ki, belə seçim edə bilmərəm, çünki ailəm və dostlarım Rusiyadadır. Bu seçim mənim üçün mümkün deyil. Mənə belə şərtlər qoydular, qərar verdim. İndi ailəmlə Rusiyadayam, amma artıq Latviya üçün oynaya bilmirəm. Təəssüf ki, "idman siyasətdən kənardır" boş sözlərdir. Bəlkə də Avropa çempionatı mənim idman karyeramda sonuncu başlanğıc oldu. Həyatım boyu getdiyim məqsədə çatmağa icazə vermədilər. Bu utancvericidir? Mən yalan və super qəhrəman olmayacağam. Bəli, dəhşətli dərəcədə təhqiramizdir, sanki yarınız məhv edilib. Mən vicdanımla davranmağa öyrəşmişəm və mənə düzgün həyat dəyərlərini və prinsiplərini aşılayan valideynlərimə təşəkkür edirəm, təəssüf ki, indi çoxları bunu unudub... Mənə seçim qalmadı. Dünya çempionatında çıxış etmək və ən azı bu mövsümü bitirmək hüququm yoxdur. Kimisə qınamaq fikrində deyiləm, qoy bu qərarı verən insanların vicdanında qalsın" deyə, idmançı söyləyib.