Pərviz Mahmudov "Vətən qayıdıb" oxudu - Video

Pərviz Mahmudov "Vətən qayıdıb" oxudu - Video
1930 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Pərviz Mahmudov yeni ifasını təqdim edib.

Axşam.az xəbər verir ki, ifaçı "Vətən qayıdıb" adlı yeni mahnısını dinləyiciləri ilə bölüşüb.

"44 gündə qazanılan şanlı zəfər Azərbaycan tarixində əbədi qalacaqdır... Qarabağ seyrinə çıxdım.. Hər qarışında igid övladlarımızın, rəşadətli ordumuzun ayaq izləri var.. Dağları qürurumuz, ormanları geniş ürəyimiz olan diyarda - Şuşada şəhidlərimizin əziz xatirəsinə həsr etdiyim ifam artıq ixtiyarınızdadır. Torpaq - uğrunda ölən varsa, vətəndir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm". deyə, o paylaşımında bildirib.

Mahnının sözləri N.A.D.O.-ya məxsusdur. P.Mhmudov özü bəstələdiyi mahnının aranjimanını isə Camal Qurbanova həvalə edib.