Yeni obrazı aktyora baha başa gəldi

Yeni obrazı aktyora baha başa gəldi
1001 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Ceyms Frankonun yeni layihəsi bəlli olub.

Axşam.az xəbər verir ki, aktyor Kuba liderinin qeyri-qanuni qızı Alina Fernandes haqqında çəkilən filmində "Fidel Kastro" obrazını canlandıracaq. Lakin bu qərar izləyicilərin narazılığa səbəb olub. Bəziləri Frankonun ispan olmadığı təqdirdə rola təsdiqlənməsini bəyənməyib.

Hətta kolumbiyalı-amerikalı aktyor Con Leguizamo sosial şəbəkələrdə bununla bağlı yazı dərc edərək filmi boykot etməyə çağırıb:

"Necə olur ki, bu, hələ də davam edir? Hollivud bizi istisna edir, amma hekayələrimizi də oğurlayır. Filmi boykot edək! Franko ilə problemim yoxdur, amma o ispan deyil!"

Leguizamonun etirazına digər media nümayəndələri, o cümlədən həmkarı Jeff Torres və yazıçı Lilliam Rivera da qoşulub.