Tərəf müqabili oldular

Tərəf müqabili oldular
1048 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Barış Kılıçın yeni layihəsi bəlli olub.

Axşam.az xəbər verir ki, aktyor "Kızılcık şerbeti" adlı serialda rol alacaq. Ekran işində yer alan digər aktyorlar arasında isə Sıla Türkoğlu və Evrim Alasyanın da adları var.

Qeyd edək ki, Barış sonuncu dəfə "Evlilik hakkında her şey", Evrim "Kırmızı oda", Sıla isə "Emanet" adlı layihədə yer alıb.