Teleqram mesenceri 12 milyon rubl (təxminən 333 min 600 manat) cərimələnə bilər.
Axşam.az xəbər verir ki, bu barədə Moskva şəhər məhkəməsindən məlumat verilib. Səbəb isə mesencerin ekstremist məlumatları və pornoqrafik məzmunlu paylaşımları silməməsidir.
Məhkəmənin bu məsələ üzrə iclası avqustun 16-na təyin edilib. Həmin gün teleqramın digər inzibati protokolu da nəzərdən keçiriləcək. Bu qanun pozuntusuna görə isə mesencer ayrıca 4 milyon rubl cərimə edilə bilər.
Belə olduğu halda sosial şəbəkə ümumilikdə 12 milyon rubl cərimə ödəməli olacaq.