Bu dəfə Kubilayla eyni layihədə rol alacaq

Bu dəfə Kubilayla eyni layihədə rol alacaq
677 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Sinem Ünsalın yeni layihəsi bəlli olub.

Axşam.az xəbər verir ki, aktrisa "Cenazemize hoş geldiniz" adlı filmdə rol alacaq. Ekran işində Sinemin tərəf müqabili aktyor Kubilay Aka olacaq.

Qeyd edək ki, Sinem sonuncu dəfə "Gizli saklı", Kubilay isə "Oğlum" serialında rol alıb. Aktrisa layihədəki tərəf müqabili Halit Sarı Özgürlə münasibətdədir.