Serena Uilyams karyerasını bitirir - Fotolar

Serena Uilyams karyerasını bitirir - Fotolar
1120 dəfə oxunub
  • A-
  • A
  • A+

Tennis ulduzu Serena Uilyams karyerasını bitirməyi planlaşdırdığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, Amerikanın "Vogue" nəşrinə danışıb. Həmçinin, Serena bildirib ki, o, yenidən övlad sahibi olmaq istəyir. Jurnalda 40 yaşlı tennisçinin fotosessiyası da yer alıb. 

"Tennis oynamağı dayandırmalı olduğumu etiraf etmək mənim üçün çətindir. Bir növ tabu mövzusudur. Söhbət düşəndə gözümdən yaş gəlir. Düşünürəm ki, bu barədə həqiqətən danışa bildiyim yeganə insan terapevtimdir" deyə, o, bildirib.

Qeyd edək ki, Serena dünyanın ən məşhur və titullu idmançılarından biridir. Onun 4 Olimpiya qızıl medalı, 38 Böyük Dəbilqə qələbəsi var. O, WTA Finallarının beşqat qalibi və qazanılan pul mükafatı məbləğinə görə qadınlar arasında rekordçudur.

Serena üç yaşında tennis oynamağa başlayıb. On yaşında o, öz yaşındakı gənc tennisçilərin Amerika reytinqində birinci yeri tutub. İlk dəfə 14 yaşında peşəkar turnirdə iştirak edib və artıq 17 yaşında ABŞ Açıq çempionatında finalda o vaxt dünyanın bir nömrəsi olan Martina Hingisi məğlub edərək ilk böyük titulunu qazanıb.

Serena "Forbes" jurnalında bu yay 260 milyon dollarlıq sərvəti ilə Amerikanın 100 ən varlı qadını arasında 90-cı yeri tutub.

Tennisçinin Olimpiya adlı bir qızı var.